İsrail HƏMAS-a xəbərdarlıq etdi: Qəzza dağıdılacaq, siz isə məhv olacaqsınız

İsrail Müdafiə Naziri İsrael Kats bildirib ki, “bu gün Qəzzada güclü bir fırtına qopacaq və terror qüllələrinin damları titrəyəcək”.
Crossmedia.az xəbər verir ki, o, HƏMAS-ın həm Qəzzada, həm də xaricdəki lüks otellərdə olan üzvlərinə xəbərdarlıq edərək deyib: “İlkin xəbərdarlıqdır — girovları azad edin və silahlarınızı təhvil verin, yoxsa Qəzza dağıdılacaq, siz isə məhv olunacaqsınız”.
Nazir qeyd edib ki, İsrail Müdafiə Ordusu plan üzrə hərəkət edir və vəziyyəti həll etmək üçün əməliyyatları genişləndirməyə hazırdır.
Nicat Rüstəmzadə
13:04 08.09.2025
Oxunuş sayı: 1375