"The Telegraph": İran informasiya müharibəsi ilə Britaniyanı hədəfə alır

İran, Rusiya və Çin Britaniyada informasiya müharibəsi vasitəsilə geniş təsir şəbəkəsi qurub və bu vəziyyət hələ də davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazıb.
Nəşrin məlumatına görə, bu sahədə əsas oyunçular Rusiya, Çin və İran olmaqla, hər biri fərqli məqsədlər güdür, ancaq bəzən əməkdaşlıq edərək fəaliyyət göstərirlər.
Məqalədə vurğulanır ki, əvvəllər belə təxribat və informasiya müharibəsi əsasən gizli yerlərdə və ya əldə paylanan vərəqələrlə aparılırdı. Ancaq indi bu fəaliyyətlər daha açıq və müasir üsullarla, xüsusən Londonun şimalında keçirilən elit məclislərdə və rəqəmsal platformalarda — sosial media və onlayn vasitələrlə həyata keçirilir.
İranın təxribat fəaliyyətlərinə, habelə SEPAH ilə əlaqəli şəbəkələrin qurulması və universitetlərə edilən investisiyaların da daxil olduğu qeyd edilib.
12:20 08.09.2025
Oxunuş sayı: 851