Kollektiv Şərq Qərbə qarşı: Şimali Koreya ilə Çin də hərəkətə keçir - Dünya müharibəsi təhlükəsi!

Rusiya, Çin və Şimali Koreya NATO ölkələrinin hərbi sənayesini təhdid edə biləcək yeni strateji ittifaq yaradır.
Bütün bunların fonunda NATO-nun Moskva, Pekinə və Pxenyana təzyiq üsulları artıq getdikcə keçmişə çevrilir və aktuallığını itirir. Hətta onilliklər ərzində qurulmuş iqtisadiyyat ABŞ-a bu mübarizədə qalib gəlməyə kömək etməyəcək.
Çin və Şimali Koreyanın dəstəyi Rusiyaya Ukraynada hərbi əməliyyatları davam etdirməyə, ordusuna isə qarşıdurmanın dördüncü ilində sabitliyi qoruyub saxlamağa imkan verir. Bu isə özülüyündə ciddi nüanslar ortaya çıxarır. Bəs maraqlıdır Pxenyan, Pekin və Moskvanın NATO-ya qarşı yaradacağı ittifaq iki tərəf arasında hərbi qarşıdurma yarada bilərmi?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu məsələdə artıq hər iki tərəf arasında qarşıdurmaların yarandığını qeyd edib :
"Əlbəttə, onların bu məsələdə müəyyən qarşıdurma fikirləri var. Amma məsələ bundadır ki, əgər sabah Şərq İttifaqı meydana çıxarsa, bu, ümumilikdə Qərb üçün sadəcə qarşıdurma deyil, hətta böyük bir fəlakətə gətirib çıxara bilər. Məncə, Şərq bu resursu düzgün qiymətləndirəcək. Çin hələ müharibələrdə özünü sübut etməyib, sadəcə müşahidə və test mərhələsində olub. İndi isə sual belədir: Çin bu ittifaq üzərindən özünü göstərə biləcəkmi? Qarşıdurma yaranacağı halda, artıq təkcə nəzəri deyil, real mübarizə meydanına çıxmalı olacaq".
Ekspert, həmçinin bu dördlükdən Şimali Koreyanın Rusiya tərəfdən Ukrayna və ona dəstək olanlara qarşı vuruşduğunu qeyd edib: " Bu, artıq özlüyündə bu dördlünün NATO-ya qarşı bir vuruşmasıdır" - deyə o bildirib.
Elmir Heydərli
11:28 08.09.2025
Oxunuş sayı: 1878