Ukrayna Timatini axtarışa verib

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tanınmış reper Timatini axtarışa verib.
Crossmedia.az SBU-nun məlumatına istinadən xəbər verir ki, sənətçiyə ölkəyə giriş qaydalarını pozmaqla bağlı qiyabi ittiham irəli sürülüb.
Ona “Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə təcavüz” ittihamı verilir.
Bundan əlavə, Timatinin adı “Mirotvorets” saytının bazasına daxil edilib.
Nicat Rüstəmzadə
10:09 08.09.2025
Oxunuş sayı: 1060