Yaponiyanın Baş naziri istefa vermək niyyətindədir

Yaponiyanın Baş naziri Şigeru İşiba istefa vermək niyyətində olduğunu açıqlayıb.
Crossmedia.az "Kyodo xəbər agentliyi"-nə istinadən xəbər verir ki, bunu sentyabrın 7-də yüksək vəzifəli dövlət rəsmiləri bildirib.Bu qərar İşiba bir gün əvvəl ona yaxın olan keçmiş Baş nazir və kənd təsərrüfatı naziri ilə danışıqlar aparandan sonra verilib. Güman edilir ki, onu Liberal Demokrat Partiyasında (LDP) parçalanmanın qarşısını almağa çağırıblar.
Qeyd olunur ki, son günlər İşibaya tənqidlər daha da güclənib. Onun siyasi partiyası daxilində rəhbərlik mübarizəsinin hakim partiya daxilində parçalanmaları daha da şiddətləndirə biləcəyindən qorxurlar.
19:12 07.09.2025
Oxunuş sayı: 569