ABŞ maliyyə naziri: Biz Rusiyaya təzyiqi artırmağa hazırıq

ABŞ və Avropa Rusiyaya qarşı sanksiyaların və əlavə rüsumların yeni mərhələsini müzakirə edir. Tərəflər ümid edir ki, iqtisadi çöküş prezident Vladimir Putini Ukrayna ilə sülh danışıqlarına sövq edəcək.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent açıqlayıb.
"Biz Rusiyaya təzyiqi artırmağa hazırıq, lakin Avropadakı tərəfdaşlarımızın bizdən nümunə götürmələrinə ehtiyacımız var. Biz indi Ukrayna ordusunun nə qədər dayana biləcəyi ilə Rusiya iqtisadiyyatının nə qədər dayana biləcəyi arasında yarışdayıq"-deyə, o , qeyd edib.
18:00 07.09.2025
Oxunuş sayı: 902