Türkiyə və Ermənistan ilk dəfə nümayəndə heyəti səviyyəsində danışıqlar aparacaq

Türkiyə və Ermənistan ilk dəfə nümayəndə heyəti səviyyəsində danışıqlar aparacaq.
Crossmedia.az xəbər verir ki, görüş gələn həftənin əvvəlinə planlaşdırılıb.
Münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Serdar Kılıçın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti Əlican sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistana gələcək.
Tərəflərin normallaşma prosesinin dərinləşdirilməsi və artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində addımları müzakirə edəcəyi gözlənilir.
12:20 07.09.2025
Oxunuş sayı: 1184