Çin Putinin videosunu sildirib

Çin Mərkəzi Televiziyası Putinin və Si Cinpinin ölməzlik mövzusunda söhbətini əks etdirən videonun silinməsini tələb edib.
Crossmedia.az Reuters-in yaydığı kadrlara istinadən xəbər verir ki, Pekində keçirilən paradda Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpinin həyatın uzadılması və orqan köçürülməsi barədə söhbətini göstərirdi.
Çin tərəfi yayımlanan materialın lisenziya şərtlərini pozduğunu və “faktların təhrifinə” yol verildiyini bildirib. Reuters isə ittihamlarla razılaşmayıb. Buna baxmayaraq videonu öz arxivindən silib.
Nicat Rüstəmzadə
10:03 07.09.2025
Oxunuş sayı: 1304