ABŞ Mahmud Abbasa və onun nümayəndə heyətinə viza verməkdən imtina edib

ABŞ Mahmud Abbasa və onun nümayəndə heyətinə viza verməkdən imtina edib.
Crossmedia.az xəbər verir ki, Ağ Ev artıq bu ay keçiriləcək yüksək səviyyəli BMT iclasında iştirak etmək üçün Fələstin lideri Mahmud Abbas və onun böyük nümayəndə heyətinə viza verməkdən imtina edib.
Güman olunur ki, ABŞ rəhbərliyi Nyu-York şəhərindən kənara səyahət imkanlarını ciddi şəkildə məhdudlaşdırmaq üçün xüsusəndə bir neçə digər nümayəndə heyətinə qarşı məhdudiyyətlər tətbiq edəcək.
Qeyd edək ki, İran, Sudan, Zimbabve və Braziliya nümayəndə heyətlərinə yaxın vaxtlarda səyahət və digər bu kimi məhdudiyyətlər tətbiq olunacağı istisna edilmir.
10:00 07.09.2025
Oxunuş sayı: 1167