Robert Fiko : Slovakiya öz hərbi personalını Ukrayna ərazisinə yerləşdirməyəcək

Slovakiya öz hərbi personalını Ukrayna ərazisinə yerləşdirməyəcək.
Crossmedia.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko bildirib.
Baş nazir Slovakiyanın təhlükəsizlik zəmanətlərinin həyata keçirilməsində kömək edə biləcəyini qeyd edib.
"Lakin biz, məsələn, təhlükəsizlik zəmanətlərinin həyata keçirilməsində logistik kömək edə bilərik. Mən nəqliyyat marşrutlarından istifadədən danışıram", - deyə o bildirib.
Elmir Heydərli
19:11 06.09.2025
Oxunuş sayı: 851