"The New York Times"- Əfqanıstanda dağıntılar altından yalnız kişilər çıxarılır

Əfqanıstanda zəlzələdən sonra xilasedicilər qadınları dağıntılar altında qoyaraq yalnız kişilərə kömək edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, yaralı qadınlar dağıntılar altında digər qadınlardan və ya kişi qohumlarından kömək gözləyirdilər, çünki Taliban tərəfindən müəyyən edilmiş yeni qaydalar bir ailənin üzvü olmayan kişi və qadınlar arasında fiziki təması qadağan edir.
Nəticədə yaralı qadınlar qonşu kəndlərdən insanların gələrək onları qazıb çıxarmasını gözləyirdilər. Xilasedicilər kişi qohumu olmayanlara kömək edib, lakin dəri ilə təmasdan qaçmaq üçün qadınları paltarlarından tutub çıxarıblar.
Xatırladaq ki, Əfqanıstanda avqustun 31-də baş verən zəlzələ 2200-dən çox insanın həyatına son qoyub, ən azı 3600 nəfər yaralanıb.
18:18 06.09.2025
Oxunuş sayı: 768