Almaniya səfirinin dəstəklədiyi qrup “Gürcü Arzusu”nun qərargahına hücum edib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Almaniya səfirinin dəstəklədiyi radikal qrup Tbilisidə “Gürcü Arzusu” partiyasının seçki qərargahına və orada olan şəxslərə hücum edib.
Crossmedia.az bildirir ki, Papuaşvilinin sözlərinə görə, qrup üzvləri tərəfindən yenidən nifrət və zorakılıq hallarına yol verilib.
O həmçinin vurğulayıb ki, Almaniya səfirinin bu hərəkətləri indiyə qədər ictimai şəkildə qınanmayıb.
Mehriban Yariyeva
18:00 06.09.2025
Oxunuş sayı: 656