Zelenski Putini Kiyevdə danışıqlara dəvət edib

Ukrayna prezidenti Zelenski Putini Kiyevdə danışıqlara dəvət edib.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna prezidenti "ABC News"-a müsahibəsində deyib .
Zelenski Putinin ikitərəfli görüş üçün Moskvaya gəlmək çağırışını rədd edib.
"O, Kiyevə gələ bilər. Müharibə zamanı görüşmək istəməyən şəxs, əlbəttə ki, mənim üçün və ya başqaları üçün məqbul ola biləcək bir şey təklif edə bilər. Bu başa düşüləndir. Ölkəm raket atəşi altında olanda, gündəlik hücumlara məruz qalanda mən Moskvaya gedə bilmərəm, bu terrorçunun paytaxtına gedə bilmərəm", - Zelenski qeyd edib.
O, həmçinin əlavə edib ki, Putin Ukrayna prezidentinin Rusiyaya gələ bilməyəcəyini başa düşür və onu “görüşü yenidən təxirə salmaq” üçün ora dəvət edir.
14:29 06.09.2025
Oxunuş sayı: 789