Hindistan XİN: Azərbaycanın ŞƏT-ə üzvlüyü təşkilatda müzakirə olunmaqda davam edir

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Ermənistan və Azərbaycanın üzvlüyü məsələsi vaxtın məhdudiyyəti səbəbindən müzakirə olunmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması barədə xəbərləri şərh edən Hindistan XİN-in rəsmi nümayəndəsi Randhir Caysval əmin edib ki, məsələ təşkilatda müzakirə olunmaqda davam edir.
Xatırladaq ki, yaxın günlərdə Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb, bundan sonra Pakistanın Ermənistanın təşkilata üzv olmaq üçün müraciətini blokladığı barədə məlumatlar yayılıb.
22:11 05.09.2025
Oxunuş sayı: 828