Süni intellektin Allahlıq iddiası yaranacaq – Kəramət Böyükçöl

Günümüzdə süni intellekt bir çox sahədə insan əməyini yüngülləşdirir. Süni intellekt demək olar hər gün inkişaf edir və proqramlar yenilənir. Süni intellektin bu inkişafı müsbət olduğu qədər həm də təhlükəlidir. Çünki aydındır ki, süni intellekt tezliklə insan zəkasını üstələyəcək, bəşəriyyət tarixdə ilk dəfə olaraq insanla rəqabət apara bilən alternativ intellektlə qarşılaşacaq.
Süni intellektlə bağlı yazıçı Kəramət Böyükçöl Crossmedia.az-a açıqlama verib: “Süni intellektin məqsədi insansız dünyaya nail olmaqdır. O, bu yolda xeyli məsafə qət edib və artıq insana çatmaq üzrədir. İnsana çatandan sonrakı məqsəd isə Tanrı olmaqdır. Bu da sivilizasiyanı əvvələ qaytarır və çoxallahlılığa aparır. Hər şirkət bir Allah yaradacaq. Süni intellektin Allahlıq iddiası yaranacaq”.
Ayhan
15:59 05.09.2025
Oxunuş sayı: 1316