Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən Sammitində Azərbaycanın təşkilata üzvlüyünün bloklanması ilə bağlı yeni məqamlar ortaya çıxıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib.
Bu prosesdə əsas rolu isə Rusiya Xarici İşlər Nazirliyi oynayıb.
Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb.
Mənbə onu da deyir ki, Rusiyanın bu hərəkəti həm də Çinə qarşı hörmətsizlik kimi qəbul olunmalıdır.
Çünki Çin Şanxay ruhuna uyğun olaraq təşkilatlın genişləndirilməsi üçün addımlar atır. Azərbaycanın ŞƏT-ə üzvlüyünə Pekin də ciddi dəstək verib. Lakin Çində keçirilən Sammitdə Rusiya və Hindistan Azərbaycanın təşkilata üzvlüyünü bloklamaqla, həm də Çinə qarşı hörmətsizlik nümayiş etdirib.(Apa)
13:51 05.09.2025
Oxunuş sayı: 1016