Zelenskinin “Putin sülhə məcbur ediləcək” ifadəsinin altında nə dayanır? - Açıqlandı

Rusiya-Ukrayna müharibəsi beynəlxalq siyasətin əsas gündəm mövzularından biri olaraq qalmaqdadır. Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın dövlət başçısı Emmanuel Makronla birgə mətbuat konfransında çıxışı zamanı bildirib ki, Putin sülhə məcbur ediləcək. O, həmçinin vurğulayıb ki, Rusiyanın silah istehsal imkanları beynəlxalq səviyyədə hədəfə alınacaq. Bu bəyanat həm müharibənin gedişatında yeni mərhələnin formalaşdığını, həm də Qərbin Rusiyaya qarşı təzyiq mexanizmlərinin gücləndiyini göstərir.
Mövzu ilə bağlı Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a açıqlama verib: “Putinin verdiyi açıqlamada belə bir fikir var idi: ‘Biz danışıqlardan imtina etmirik, ehtiyac varsa, Zelenski Moskvaya gəlsin, danışıqlar aparaq’. Bu ifadə ikinci bir haldır. Çində keçirilən paradda baş verənlər də göstərdi ki, Rusiyanın danışıqlar tərəfi kimi güzəştə gedəcəyi istiqamətində deyilən bütün fikirlər yanlışdır.
Ekspertin sözlərinə görə, Zelenskinin Makronla görüşdə səsləndirdiyi “Putin sülhə məcbur ediləcək” ifadəsinin altında duran məqamların izahı vacibdir: “Sadalanan hallardan sonra Rusiyanı bu cür danışıqlara məcbur etmək yanaşmasını gözləmək absurddur. Çünki açıq şəkildə Çin patronajlığını qəbul etdi və rəsmi Pekin də onun məğlub olmasına qəti şəkildə imkan verməz.”
Mehriban Yariyeva
13:01 05.09.2025
Oxunuş sayı: 1164