Fariz Rzayev Sloveniyaya səfər edib

1-2 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev 20-ci Bled Strateji Forumunda iştirak məqsədilə Sloveniyada səfərdə olub.
Crossmedia.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Məlumata görə, forum çərçivəsində nazir müavini dünyada hökm
sürən cari beynəlxalq vəziyyətə həsr olunmuş panel müzakirələrində çıxış edib.
Çıxışda cari ilin 8 avqust tarixində baş tutmuş Vaşinqton
sammiti zamanı əldə edilmiş tarixi razılaşmalardan, Azərbaycan-Ermənistan
normallaşma prosesi və sülh gündəliyindən bəhs edib, regionda sabitliyin əhəmiyyəti
vurğulanıb.
Çıxışda, həmçinin Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinə
verdiyi töhfə, ölkəmizin iştirakı ilə gerçəkləşən irimiqyaslı enerji və nəqliyyat
layihələrinə diqqət çəkilərək, "Orta Dəhliz" kimi beynəlxalq nəqliyyat
marşrutlarının yaradılmasında və fəaliyyətində Azərbaycanın oynadığı vacib rol
barədə məlumat təqdim edilib.
Panel müzakirələri zamanı ölkəmizin BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)
uğurlu ev sahibliyi və sədrliyi, COP29 çərçivəsində uzun müddət həllini gözləyən
bir çox məsələ üzrə əldə edilmiş nailiyyətlərdən və qəbul edilmiş qərarlar barədə
danışılıb.
Səfər çərçivəsində, həmçinin bir sıra ikitərəfli işçi görüşlər
keçirilib.
18:35 04.09.2025
Oxunuş sayı: 1001