Qırğızıstanda mer şəhərin adının dəyişdirilməsini təklif edib

Qırğızıstanda Calal-Abad şəhərinin meri Ernisbek Ormokeev şəhərin adının "Manas" olaraq dəyişdirilməsini təklif edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, alimlər “Calal-Abad” adının mənşəyini elmi cəhətdən izah edə bilməyiblər; bu ad əsasən əfsanələrə dayanır. Təklif artıq şəhər keñeşinin deputatları tərəfindən dəstəklənib.
Adın dəyişdirilməsi prosesi bir neçə mərhələdən ibarət olacaq: vilayətin səlahiyyətli nümayəndəliyi tərəfindən qanun layihəsinin hazırlanması, ictimai müzakirələr və Joqorku Keñeşdə baxılması. Parlament sənədi təsdiqləsə, o, ölkə prezidentinin imzasına göndəriləcək.
Səbiyyə Zayirova
15:36 04.09.2025
Oxunuş sayı: 900