Çin beynəlxalq tenderin qalibi olub

Çin, Türkmənistanın “Galkynyş” qaz yatağının dördüncü mərhələsinin işlənməsi üzrə beynəlxalq tenderin qalibi olub. Bu barədə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə məlumat verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkələr arasında qaz sahəsində əməkdaşlığın prinsiplərinə dair əsas saziş layihəsi hazırlanıb və bu sənəd gələcək enerji tərəfdaşlığının inkişafı üçün baza olacaq.
Si Cinpin Çin tərəfinin yatağın işlənməsində və Türkmən qazının tədarükündə iştirakını ölkəsi üçün böyük şərəf adlandırıb. Türkmənistan isə qaz sektorunun ikitərəfli əməkdaşlıqda strateji rol oynadığını vurğulayıb: “Türkmənistan–Çin” qaz kəməri artıq 15 ildən çoxdur fəaliyyət göstərir və tərəflər onun genişləndirilməsini planlaşdırır.
15:27 04.09.2025
Oxunuş sayı: 1023