Qazaxıstan xarici işlər naziri haqqında yayılan həbs xəbəri saxtadır

Qazaxıstanın teleqraf agentliyi xəbər yayıb ki, Qazaxıstanın Xarici İşlər naziri Murat Nurtleunun həbs olunması ilə bağlı yayılan məlumat saxtadır.
Crossmedia.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi hələ rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Qazaxıstanın İnformasiya naziri Balaeva isə yayılan xəbərləri təsdiqlənməmiş adlandıraraq xatırladıb ki, yalan məlumatın yayılmasına görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.
Niyaz Hacıyev
14:42 04.09.2025
Oxunuş sayı: 904