Rusiya neftinin yeni qiymət tavanı qüvvəyə minib

Avropa İttifaqı Rusiya neftinin qiymət tavanını barelə görə 60 dollardan 47,6 dollara endirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən Rusiya neftinin yeni qiymət tavanı qüvvəyə minib. Bu, əvvəlki 60 dollar əvəzinə, barelə görə 47,6 dollar təşkil edir.
2025-ci ilin iyul ayında məlum olub ki, Avropa İttifaqı 18-ci sanksiya paketi çərçivəsində Rusiya neftinin qiymət tavanını barelə görə 60 dollardan 47,6 dollara endirəcək.
Qiymət məhdudiyyətinə dair qərar, Rusiya neftini tankerlərlə daşıyan şirkətlərə onun tavan qiymətdən (yəni barelə görə 47,6 dollar) baha olması halında ticarət etməyə qadağa qoyulmasını nəzərdə tutur.
Bundan əlavə,əgər onları tavan qiymətdən aşağı qiymətə satmırlarsa, gəmiçilik, sığorta və əks-sığorta şirkətlərinə dünyada Rusiya neft yüklərini emal etmək qadağan edilir.
Niyaz Hacıyev
13:58 04.09.2025
Oxunuş sayı: 1129