Avstraliya və Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Avstraliya hökuməti Rusiyanın 14 vətəndaşına qarşı maliyyə sanksiyaları və səyahət məhdudiyyətləri tətbiq edib. Hökumət həmin şəxslərin Rusiyada siyasi müxalifətin qarşısının alınmasında və Ukraynadakı müharibəyə dəstək göstərməsində iştirak etdiyini bildirir.
Crossmedia.az xəbər verir ki, teleqram kanalı “Sirena” sanksiya siyahısında yer alan şəxslərin adlarını açıqlayıb. Siyahıda Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan biznesmen İlham Rəhimov, Tatarıstanın keçmiş prezidentinin oğlu Radik Şaymiyev və Moskva merinin müavini Maksim Liksutovun adı yer alır.
Eyni zamanda, Böyük Britaniya da Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Britaniyanın siyahısında Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Ayman Kadırova, eləcə də bir neçə gənclər təşkilatları yer alıb.
Hər iki ölkə tərəfindən tətbiq olunan sanksiyalar Rusiyanın daxili siyasətinə və Ukraynadakı hərbi əməliyyatlarına qarşı beynəlxalq təzyiqin bir hissəsi kimi qiymətləndirilir.
19:17 03.09.2025
Oxunuş sayı: 667