Tramp Pentaqona Rusiya və Çini çəkindirməyə hazırlaşmağı tapşırıb

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinə Rusiya və Çini çəkindirməyə hazırlaşmaq barədə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Mark Heqset açıqlama yayıb.
Onun sözlərinə görə, əvvəlki administrasiyanın zəifliyi Moskva və Pekini bir-birinə daha da yaxınlaşdırıb:
"Bu dəhşətli inkişaf Amerika rəhbərliyinin və gücünün çatışmazlığının nəticəsi idi. Prezident Tramp Müdafiə Nazirliyində bizə hazırlaşmağı, hərbi potensialımızı gücləndirməyi, hərbi ruhumuzu bərpa etməyi və effektiv çəkindirmə qabiliyyətini geri qaytarmağı əmr etdi", - deyə Heqset bildirib.
Pentaqon rəhbəri vurğulayıb ki, Rusiya və Çinin yaxınlaşması Qərbdən uzaqlaşmanı sürətləndirib və bu, Bayden administrasiyasının böyük səhvi kimi qiymətləndirilir.
18:54 03.09.2025
Oxunuş sayı: 812