Trampın əmri ilə ABŞ ordusu Venesuela gəmisinə hücum etdi: ölənlər var

ABŞ prezidenti Donald Tramp ordunun Venesuelaya məxsus bir gəmini vurduğunu deyib.
Crossmedia.az-ın məlumatına görə, Tramp bildirib ki,gəmi qanunsuz narkotik daşıyaraq, Amerikaya doğru hərəkət edirdi.
“Biz narkotiklə yüklənmiş bir gəmini hədəf aldıq. Uzun müddətdir ki, Venesueladan ölkəmizə böyük miqdarda narkotik daxil olur. Bu, dayandırılmalıdır”, - deyə, Tramp “Truth Social” platformasında bildirib.
Tramp daha sonra sosial media platformasında hücumun videosunu yayımlayaraq, hücumun onun birbaşa əmri ilə həyata keçirildiyini vurğulayıb: “Bu səhər mənim göstərişimlə ABŞ Silahlı Qüvvələri, Cənub Komandanlığının məsuliyyət zonasında olan ərazidə “Tren de Aragua” cinayətkar dəstəsinin üzvlərinə birbaşa zərbə endirdi. Bu, ABŞ-yə narkotik daşıyan terrorçulara qarşı həyata keçirilmiş uğurlu bir əməliyyatdır”.
Əməliyyat nəticəsində “Tren de Aragua” dəstəsinin 11 üzvü öldürülüb. Tramp qeyd edib ki, amerikalı hərbçilər arasında heç bir itki yoxdur.
18:29 03.09.2025
Oxunuş sayı: 731