Vaşinqton Post: ABŞ-nin İrana növbəti hücumu ehtimalı artıb

Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinə çıxışı əngəlləməsi Vaşinqtonun yeni bir hərbi müdaxilə ehtimalını artırıb.
Bu barədə Crossmedia.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, bu məlumat AEBA-nın keçmiş müfəttişi və Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun direktoru Devid Olbraytın yayımladığı peyk şəkillərinə əsaslanır. Olbrayt bildirib ki, İran son günlərdə Nətənz obyektində yerləşən iki binasındakı bütün soyuducu sistemlərini demək olar ki, tamamilə dağıdıb.
“Nətənz obyektinə aid peyk şəkilləri göstərir ki, 24 soyuducu artıq obyektdəki müxtəlif nöqtələrdə sökülüb. Bu dəyişikliklər çox güman ki, avadanlığın gələcək hücumlara qarşı həssaslığını azaltmaq məqsədi daşıyır”, - deyə, Olbrayt “X” hesabında yazıb.
O, qeyd edib ki, bu avadanlıqlar çox yüksək dəyərə malikdir, ancaq hazırda sentrifuqa sistemlərinin bombardman nəticəsində sıradan çıxması səbəbindən istifadə olunmur.
18:23 03.09.2025
Oxunuş sayı: 728