Hindistanın hazırkı mövqeyinə baxmayaraq, Azərbaycan ŞƏT-ə üzv olacaq -RƏY
"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) üzv olmasına Hindistanın veto qoyması, bu təşkilatın ruhuna uyğun deyil. ŞƏT sülh və əməkdaşlıq prinsipləri üzərində qurulmuş təşkilatdır. Hindistan isə bu təşkilatın prinsiplərinə əks gedərək siyasi riyakarlıq nümayiş etdirdi".
Bu fikirləri Crossmedia.az-a açıqlamasında Milli Məclisinin deputatı Azər Badamov deyib.
O bildirib ki, bu qərəz Azərbaycanın Pakistanla dostluq və qardaşlıq münasibətlərinə görədir: "Təbii ki, Hindistanın belə ucuz hərəkətləri Azərbaycan Pakistan münasibətlərinə təsir göstərə bilməz. Pakistan da sinxron olaraq Ermənistanın ŞƏT-ə üzlüyünə veto qoydu. Hindistan ən azından Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesini nəzərə almalı idi. Azərbaycan və Ermənistanın ŞƏT-ə üzlüyünə veto qoyulması ölkələrimiz arası sülh prosesinə mənfi təsir göstrəməməlidir. Çünki, Hindistana Cənubi Qafqaza sülhün gəlməsi maraqlı deyil. Biz Cənubi Qafqaz ölkələri sülh içində yaşamalıyıq".
Parlamentarinin sözlərinə görə, bu Azərbaycanın gələcəyi və inkişafı üçün vacibdir: "Nə Azərbaycan, nə də Ermənistan belə vetoların işlədilməsini arzulayır. Biz həm ŞƏT-də təmsil olmaq, həm də öz regionumuzda əməkdaşlığımızı inkişaf etdirmək niyyətimzi bildirik. ŞƏT-ə üzvlüyümüz isə bu il olmasa da, gələcək illərdə reallaşacaq. Çünki, Hindistanın bizə qarşı münasibəti də zaman keçdikcə dəyişiləcək. Biz böyük güclərin ədalətli olmağını arzulayırıq. Böyük güclər arasında ədalətsiz münasibətlərin sərgilənməsi davam etdikcə dünyada müharibələrin azalması da olmaycaqdır. Bu baxımdan ilk növbədə böyük güclər öz siyasətini ədalət üzərində qurmalıdırlar".
Ayhan Ağarzayev
15:51 03.09.2025
Oxunuş sayı: 16483