Sabah İzmirdə Türkiyə-Azərbaycan IV Enerji Forumu keçiriləcək
Türkiyə-Azərbaycan IV Enerji Forumu İzmirdə keçiriləcək.
Crossmedia.az xəbər verir ki, sabah İzmir şəhərində Türkiyə-Azərbaycan IV Enerji Forumu təşkil olunacaq.
Tədbirdə Türkiyədən enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Azərbaycandan isə energetika naziri Pərviz Şahbazov iştirak edəcək.
Forum çərçivəsində iki ölkə arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və mövcud layihələrin müzakirəsi planlaşdırılır.
14:25 03.09.2025
Oxunuş sayı: 5024