Maduro: Venesuela ABŞ-ın son 100 ilin ən böyük müdaxiləsi təhlükəsi altında

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-dan misli görünməmiş hərbi təhdid barədə bildirib. Onun sözlərinə görə, bölgəyə 8 hərbi gəmi 1200 raketlə, həmçinin nüvə sualtı qayığı göndərilib, 4200 amerikalı əsgər isə müdaxiləyə hazırdır.
"Venesuela bizim qitəmizin son 100 ildə qarşılaşdığı ən böyük təhlükə ilə üzləşir. Bu təhdid əsassız və tamamilə cinayətkardır" — deyə Maduro vurğulayıb.
Crossmedia.az xəbər verir ki, ölkədə artan təzyiq şəraitində maksimum müdafiə hazırlığı elan edilib.
Bu arada ABŞ Nikolas Maduro haqqında məlumat verən və onun həbsinə gətirən şəxslərə veriləcək mükafatı 50 milyon dollara yüksəldib, onu narkotik ticarətinə köməkdə suçlayaraq "narkokartelin lideri" adlandırıb.
Niyaz Hacıyev
10:15 03.09.2025
Oxunuş sayı: 1569