Movses Hakobyan: Uzunmüddətli perspektivdə Zəngəzurda erməni qalmayacaq

“Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaların icrası zamanı əvvəlcə Zəngəzurda hər şey yaxşı olacaq, amma uzunmüddətli perspektivdə orada erməni qalmayacaq, güman edirəm ki, bölgə azərbaycanlılarla məskunlaşdırılacaq”.
Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərlə müsahibəsində
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Hakobyan
deyib.
Onun sözlərinə görə, İrəvanla Bakı arasında ilkin imzalanmış
sənəddə qarşılıqlılıq prinsipi çox təhlükəlidir.
“Demoqrafik və iqtisadi xüsusiyyətləri nəzərə alsaq, demək
olar ki, nisbət 1-ə 20 min olacaq, yəni 20 min azərbaycanlı Ermənistan sərhədini
keçəcək, erməni tərəfindən isə nisbətən desək, 1 nəfər bunu edə biləcək. 2022-ci
il hərbi əməliyyatları zamanı ələ keçirilmiş mövqelərin nəticəsində onlar öz vətəndaşlarının
Ermənistan ərazisində təhlükəsiz hərəkətini təmin edə biləcəklər”, - deyə
Hakobyan vurğulayıb.
22:38 02.09.2025
Oxunuş sayı: 793