Saakaşvilinin tərəfdarları etiraz aksiyazı keçirib

Tiflisdə polis əməkdaşları çərşənbə axşamı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hakimiyyəti dövründə cinayətləri araşdıran parlament komissiyasının hesabatının dinlənildiyi parlament binası yaxınlığında yolu bağlamağa cəhd edən aksiyaçılardan16 iştirakçısını saxlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb.
Sentyabrın 2-də kiçik bir qrup etirazçı hökumət əleyhinə növbəti aksiya keçirmək üçün parlament binası yaxınlığında toplaşıb. Nümayişçilər qanunverici orqana bitişik olan Rustaveli prospektini bağlamağa cəhd etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həbslərə başlayıb.
"Daxili İşlər Nazirliyi əməkdaşlarının nəqliyyatın hərəkətinə mane olmamaları ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, aksiya iştirakçıları polisin qanuni tələbinə tabe olmayıb. Yuxarıda qeyd olunanlar əsasında polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 16 nəfər saxlanılıb", - deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
22:26 02.09.2025
Oxunuş sayı: 701