Türkiyə Suriyada hərbi əməliyyatı istisna etmir

Türkiyə Suriyada hərbi əməliyyatı istisna etmir.
Crossmedia.az xəbər verir ki, bu fikri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı bildirib.
Partiya lideri QSD/YPG Dəməşqlə razılaşmanı yerinə yetirməsə, Ankara və Dəməşqin birgə hərbi əməliyyatı qaçılmaz olacağını qeyd edib.
Xatırladaq ki, martın 10-da Suriya hakimiyyəti SDQ-nin dövlət institutlarına inteqrasiyası ilə bağlı sazişin imzalandığını elan edib. Razılaşmaları həyata keçirməyə hazır olduqları barədə rəsmi açıqlamalara baxmayaraq, SDF ziddiyyətli siqnallar göndərir.
Suriya prezidenti Əhməd əş-Şara isə daha əvvəl qeyd edib ki, Suriya, QSD, ABŞ və Türkiyə razılaşma ilə bağlı qarşılıqlı anlaşma əldə ediblər: “Əgər Suriyanın şimal-şərqindəki bu dörd əsas oyunçu razılığa gəlibsə, o zaman o, həyata keçirilməlidir”.
Dövlət başçısı əlavə onuda edib ki, saziş ilin sonuna kimi həyata keçirilmək üçün nəzərdə tutulub və bir neçə ay ərzində problemin həllinə nikbinlik ifadə edib.
22:22 02.09.2025
Oxunuş sayı: 773