Tatarıstan mühacirət hökuməti Putinin Haaqa məhkəməsinə çıxarılmasını tələb edir

Mühacirətdə fəaliyyət göstərən Müstəqil Tatarıstan Hökuməti Rusiya Prezidenti Vladimir Putinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, bəyanatda qeyd olunur ki, Rusiya Putinin rəhbərliyi altında qonşu ölkələrə qarşı təcavüz edir, Ukrayna şəhərlərini bombalayır, dinc sakinləri qətlə yetirir və insanlığa qarşı cinayətlər törədir.
“Bütün Çeçenistanda, Gürcüstanda, Ukraynada, Suriyada, Dağıstanda, Krımda, Tatarıstanda və digər bölgələrdə on minlərlə insanın həyatına son qoyulmasına görə məsuliyyət daşıyır. Biz ədalətli məhkəmə tələb edirik və Kremlin siyasətini sivilizasiyaya əsas təhlükə kimi görürük. Gün gələcək, Rusiya xüsusi xidmət orqanları da siyasi qətllərə görə cavab verəcək”, – deyə bəyanatda vurğulanıb.
Müraciətə mühacirətdəki Müstəqil Tatarıstan Hökumətinin baş naziri Rafis Kaşapov imza atıb.
Nicat Rüstəmzadə
20:04 02.09.2025
Oxunuş sayı: 1132