Gürcüstan hökuməti Aİ-yə mesaj göndərdi: “Tələblər əsaslandırılsa, hamısını yerinə yetirəcəyik”

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, rəsmi Tbilisi Avropa İttifaqının tələblərini yalnız onların əsaslandırılmış və məntiqli olması halında nəzərə alacaq.
Crossmedia.az Sputnik Gürcüstanın məlumatına istinadən xəbər verir ki, hökumət başçısı xüsusilə “Xarici təsirin şəffaflığı haqqında” və “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunlardan danışıb.
“Anlaşılmazdır ki, şəffaf olmamaq nədən yaxşıdır və niyə eyni cinsli cütlüklərə azyaşlıları övladlığa götürməyə icazə verilməlidir... Bizə izah olunmalıdır ki, bu tələblər həqiqətən məntiqlidirmi. Əgər belədirsə, hamısını icra edəcəyik. Amma həmin iki qanunla bağlı nəyin və niyə bəyənilmədiyini açıqlasınlar. Söhbət aparılmadan, təzyiq yolu ilə bunu tələb etmək Avropa yanaşması deyil”, – deyə Kobaxidze vurğulayıb.
Nicat Rüstəmzadə
20:03 02.09.2025
Oxunuş sayı: 972