Taliban: Zəlzələ nəticəsində həlak olanların sayı 1 411-ə çatıb

Əfqanıstanda zəlzələ nəticəsində həlak olanların sayı 1 411-ə, yaralıların sayı isə 3 124-ə çatıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın rəsmi nümayəndəsinin müavini Xəmdulla Fitrat sosial şəbəkə X-də yazıb.
“Ümumilikdə Kunər vilayətində həlak olanların sayı 1 411-ə, yaralananların sayı 3 124-ə, dağılan evlərin sayı isə 5 412-yə çatıb”, – Fitrat qeyd edib.
Xilasetmə işləri zərərçəkmiş bütün rayonlarda davam edir.
14:55 02.09.2025
Oxunuş sayı: 955