Belçika İsrailə qarşı sanksiyalar elan edib

Belçika xarici işlər naziri Maksim Prevo 12 yeni sanksiyanın tətbiqini, yaşayış məntəqələrindən məhsul idxalına qadağanı və Ben-Qvir, Smotriç, eləcə də bir sıra məskunlaşanların “qara siyahı”ya salındığını açıqlayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Brüssel həmçinin Fələstini tanıyacağına və Fransanın, Səudiyyə Ərəbistanının təşəbbüslərinə qoşulacağına söz verib.
Əgər bu addım reallaşsa, Belçika İsrailə qarşı birbaşa cəza tədbirləri tətbiq edən ilk Aİ ölkəsi olacaq.
11:31 02.09.2025
Oxunuş sayı: 1089