KXDR lideri Pekinə səfər edir

KXDR lideri Yaponiyanın kapitulyasiyasının 80-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada qatılmaq üçün Pekinə yollanır.
Bu barədə Crossmedia.az “Yonhap” agentliyinə istinadən xəbər verir
Məlumata görə, Pxenyan-Pekin səfəri gücləndirilmiş təhlükəsizlik tədbirlərinə görə təxminən bir gün davam edəcək. Bu, Şimali Koreya liderinin 1959-cu ildən bəri Çində hərbi parada ilk gedişi, həmçinin 2019-cu ildən sonra Pekinə ilk səfəridir.
Media bunu KXDR-in Çin və Rusiya ilə əlaqələri gücləndirmək və beynəlxalq təcridi yumşaltmaq cəhdi kimi qiymətləndirir.
Niyaz Hacıyev
10:00 02.09.2025
Oxunuş sayı: 1058