Çin alimləri bədənin istiliyini elektrikə çevirən rezin material yaradıblar

Çin alimləri bədənin istiliyini elektrikə çevirən rezin material yaradıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazır.
Nəşrin məlumatına görə, bədənin temperaturu (37 °C) ilə ətraf mühitin temperaturu (20–30 °C) arasındakı fərq enerjinin hasil olunmasına imkan verir.
Bu materialdan cihazların enerji ilə təminində, elektrik olmayan yerlərdə avadanlıqların işlədilməsində, həmçinin geyimdə — telefonun enerji yığması və ya bədənin temperaturunun tənzimlənməsi üçün istifadə etmək olar.
09:55 02.09.2025
Oxunuş sayı: 863