Rusiya və Çin qaz əməkdaşlığını genişləndirir

Rusiya qaz nəhəngi “Qazprom” və Çin Milli Neft Şirkəti (CNPC) strateji əməkdaşlığa dair yeni memorandum imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Qazprom”un baş direktoru Aleksey Miller məlumat verib.
Bundan əlavə, “Sibir Gücü–2” qaz kəməri və Monqolustan ərazisindən keçəcək “Soyuz Vostok” tranzit qaz kəmərinin tikintisi ilə bağlı memorandum da imzalanıb. Layihə Rusiyaya hər il Monqolustana 50 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək.
Niyaz Hacıyev
09:47 02.09.2025
Oxunuş sayı: 878