Pezeşkian trans-regional qüvvələrin Qafqazda olmasına qarşıdır

Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla görüşən İran prezidenti Məsud Pezeşkian bu barədə danışıb.
Crossmedia.az xəbər verir ki, Pezeşkian Türkiyə ilə ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi və bank, gömrük sahəsində əməkdaşlığın asanlaşdırılmasının tərəfdarı olduğunu bildirib.
İran prezidenti sülhün və sabitliyin bərqərar edilməsində Ermənistan və 🇦🇿 Azərbaycanın razılaşmasını dəstəklədiyini və eyni zamanda Qafqazda transregional yad qüvvələrin olmasına qarşı olduğunu bildirib.
Türkiyə prezidenti də bu görüşdə İranın sülhməramlı nüvə fəaliyyətləri ilə bağlı legitim hüquqa malik olduğunu vurğulayaraq bəyan edib ki, tətik mexanizminin işə salınmasının heç bir faydası yoxdur və tamamilə qeyri-konstruktivdir.
09:41 02.09.2025
Oxunuş sayı: 918