Pis nəfəsin səbəbləri və həlli yolları

Pis nəfəs problemi dünyada geniş yayılıb və insanların gündəlik ünsiyyətinə təsir göstərir. Mütəxəssislərin sözlərinə görə, bu problemin 90%-i ağız boşluğundakı xəstəliklərdən, 10%-i isə diabet və həzm sistemi pozğunluqları kimi digər sağlamlıq problemlərindən qaynaqlanır.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC NEWS məlumat yayıb.
Diş həkimi Pravin Şarma bildirir ki, diş əti xəstəlikləri, xüsusilə periodontit (diş əti çəkilməsi) ağız qoxusunun əsas səbəblərindəndir. Bu xəstəlik Böyük Britaniya əhalisinin yarısında müşahidə olunur.
Mütəxəssislər pis nəfəsin qarşısını almaq üçün bir sıra məsləhətlər verir:
• Dişləri gündə iki dəfə, ən azı iki dəqiqə ərzində düzgün texnika ilə fırçalamaq;
• Fırçalama zamanı hər iki tərəfə eyni diqqət ayırmaq;
• Fluoridli diş məcunundan, orta sərtlikdə fırçadan və arayüz fırçalarından istifadə etmək;
• Dilin üzərindəki bakteriyaları təmizləmək;
• Bol su içmək və ağız gargarasından yararlanmaq.
Həkimlər həmçinin yeməkdən dərhal sonra diş fırçalamağın diş minasına zərər verə biləcəyini bildirir və ya yeməkdən əvvəl fırçalamağı, ya da yeməkdən sonra yarım saat gözləməyi tövsiyə edir.
Mütəxəssislərin vurğuladığına görə, erkən mərhələdə diş əti iltihabının qarşısı alınarsa, həm diş itkisi riski azalır, həm də nəfəs təmiz qalır.
Nigar Rəhimova
23:59 01.09.2025
Oxunuş sayı: 918