Qrossi və Kallas İranı müzakirə ediblər

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ilə İran barədə müzakirə ediblər
Bu barədə Crossmedia.az xəbər verir ki, atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ilə Sloveniyada görüşü və bu qurumun İrandakı “qaçılmaz” missiyası ilə bağlı məsləhətləşmələrini açıqlayıb.
Bu görüş Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) üzv olan üç Avropa ölkəsinin İrana qarşı “tətik" mexanizminin işə salınması prosesinə son vaxtlar başladığı bir vaxtda baş tutub.
23:20 01.09.2025
Oxunuş sayı: 1035