Rusiya “Admiral Naximov”u xidmətə qaytarır

Rusiyanın Kirov sinfinə aid nüvə ilə işləyən kreyseri Admiral Naximov təxminən otuz illik fəaliyyətsizlikdən sonra yenidən dənizə çıxarılıb. Sınaqlar başa çatdıqdan sonra onun 176 ədəd müxtəlif tipli raketlər üçün nəzərdə tutulmuş şaquli buraxılış qurğuları ilə dünyanın ən güclü suüstü döyüş gəmisi olacağı gözlənilir.
Crossmedia.az-ın məlumatına görə, Kreyser Kalibr, Oniks və Tsirkon raketlərini, həmçinin S-300 və S-400 hava hücumundan müdafiə sistemlərini daşımaq imkanına malikdir. Müqayisə üçün, ABŞ-nin Ticonderoga sinifli kreyserləri 122, Cənubi Koreya esminesləri 128, ən iri Çin kreyserləri isə 112 buraxılış şaxtası ilə təchiz olunub.
Bununla yanaşı, analitiklər vurğulayırlar ki, müasir dəniz müharibəsində həlledici üstünlük, daha böyük zərbə gücünə və fəaliyyət radiusuna malik olan aviadaşıyıcıların tərəfində qalmaqdadır. Amma bu istənilən halda Rusiya rəqibləri üçün yeni təhdid yaradacaq.
23:05 01.09.2025
Oxunuş sayı: 761