Rusiyada azərbaycanlı iş adamı həbs olunub

Rusiyada Azərbaycan diasporasının tanınmış nümayəndələrindən biri, Tuapsedə yükləmə terminalının sahibi və Krasnodardakı “Stariy Baku” restoranının sahibi Şahlar Novruzov həbs edilib.
Crossmedia.az Rusiya mediasına istinadən bildirir ki, Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı ələ keçirməyə cəhd göstərməkdə ittiham olunur. Hazırda iş adamı barəsində istintaq aparılır və onun fəaliyyətinin digər istiqamətləri də araşdırılır.
Məlumata əsasən, Şahlar Novruzov uzun illərdir Kubanda azərbaycanlı diasporasının fəal simalarından biri kimi tanınırdı. Onun həbsi həm iş dünyasında, həm də diaspor üzvləri arasında böyük rezonans doğurub. İstintaqın gedişi və məhkəmə qərarı barədə əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.
22:36 01.09.2025
Oxunuş sayı: 1269