Avropadan Qəzzaya böyük humanitar yardım göndərilir

Fələstinin Qəzza zolağına böyük miqyaslı humanitar yardım yola düşüb.
Crossmedia.az-ın məlumatına görə, 2023-cü ildən bəri ən iri mülki təşəbbüs sayılan “Sümud” adlı qlobal flotiliya Aralıq dənizinə çıxıb. 50-dən çox gəminin (sayının 70-ə qədər artacağı gözlənilir) daxil olduğu karvan 44 ölkədən nümayəndələri daşıyır. Onlar bölgəyə ərzaq, içməli su və tibbi ləvazimatlar aparırlar.
Əsas gəmi avqustun 31-də Barselonadan yola düşüb və İtaliya ilə Tunisdən hərəkət edən digər gəmilərə qoşulub. Flotiliyanın məqsədi Qəzzaya sentyabrın ortalarınadək çatmaqdır.
20:02 01.09.2025
Oxunuş sayı: 908