Əfqanıstan: Taliban Doha müqaviləsinə sadiqliyini açıqladı

Əfqanıstan İslam Əmirliyinin Müdafiə Nazirliyi Mövləvi Yaqub "Əl-Qaidə" silahlı radikal terror qruplaşmasının bütün üzvlərinin Əfqanıstanı artıq tərk etdiyini və beləliklə ölkədə mövcudluqlarının qalmadığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, eyni zamanda ABŞ-lə aralarında bağlanan Doha müqaviləsinin öhdəliklərinə sadiq qalmağa davam edəcəklərini də bildirib.
Qeyd edək ki, Doha Müqaviləsi 2020-ci ildə ABŞ ilə Taliban arasında ABŞ-nin Əfqanıstanı tərk etməsini və Talibanın hər hansı bir terror qruplaşması ilə münasibət qurmayacağına və s. əsaslanan razılaşmadır.
19:00 01.09.2025
Oxunuş sayı: 783