Ermənistan MTX-nin Əks-kəşfiyyat idarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılıb

Bir qədər əvvəl məlum olub ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətində ciddi kadr dəyişikliyi baş verir.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, Ermənistan MTX-nin iki generalından birinə, Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisinə İrəvan idarəsinin rəisi vəzifəsi təklif edilib, lakin o, bu təklifdən imtina edərək, MTX-dən çıxıb.
Ermənistan MTX Əks-kəşfiyyat idarəsinin rəisi tutduğu vəzifədən uzaqlaşdırılıb.
“Əldə etdiyimiz məlumata əsasən, onu həmin vəzifədə MTX-nin keçmiş direktoru Armen Abazyanın dövründə işdən azad edilmiş həmin idarənin digər yüksək vəzifəli əməkdaşlarından biri əvəzləyəcək”, - deyə KİV qeyd edib.
18:50 01.09.2025
Oxunuş sayı: 762