Əfqanıstanda zəlzələ nəticəsində 800-dən çox insan ölüb

Ötən gecə Əfqanıstanın şərqində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 812-yə, yaralananların sayı isə 2817-yə yüksəlib. Bu barədə Talibanın sözçüsü Zəbihullah Mücahid məlumat verib.
Crossmedia.az xəbər verir ki, güclü yeraltı təkanlar Kabil, İslamabad, eləcə də Hindistan və Tacikistanın bəzi bölgələrində hiss olunub.
Təbii fəlakət nəticəsində dağıntılar və insan itkisinin miqyası geniş olduğundan, xilasetmə işləri davam edir və rəsmi qurumlar ölü və yaralı sayının artacağı ehtimalını istisna etmirlər.
18:16 01.09.2025
Oxunuş sayı: 730