Moskvada Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev saxlanılıb

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayevi Moskvada saxlayıblar.
Crossmedia.az
xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi
İrina Volk məlumat verib.
"Rusiya
Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə İqtisadi Təhlükəsizlik və
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları Federal Təhlükəsizlik
Xidmətinin Moskva şəhəri və Moskva vilayəti üzrə İdarəsinin əməkdaşları ilə
birlikdə paytaxt sakinini saxlayıblar. Ən böyük teatrlardan birinin keçmiş
direktoru dələduzluqda şübhəli bilinir", - o, öz teleqram kanalında yazıb.
Təqsirləndirilən
şəxs istintaq fəaliyyətinin aparılması üçün Rusiya Daxili İşlər Nazirliyinin
Moskva şəhəri üzrə Baş İdarəsinin Mərkəzi İnzibati Dairəsinə çatdırılıb.
Saxlanılan şəxsin və yaxın qohumlarının hesabları dondurulub.
Məmmədəli
Ağayev 1985-ci ildən teatrda baş inzibatçı, rejissor köməkçisi, direktor
müavini, icraçı direktor vəzifələrində çalışıb, 1992-ci ilin noyabrından
2021-ci ilin dekabrınadək isə Moskva Akademik Satira Teatrının direktoru olub.
19:51 28.08.2025
Oxunuş sayı: 991