Nazir müavini: "Aqroparkların fəaliyyəti daha yaxşı formada təşkil ediləcək"

Azərbaycanda aqroparkların fəaliyyəti daha yaxşı formada təşkil ediləcək və bu, aqrar sahənin dayanıqlı inkişafını dəstəkləyəcək.
Crossmedia.az
xəbər verir ki, bunu nazir müavini İlhamə Qədimova "Aqroparkların
inkişafında yeni mərhələ" mövzusunda keçirilmiş tədbirdə deyib.
O,
qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı 14 aprel 2025-ci il tarixli fərmana
əsasən, aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi
ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti nazirliyə verilib.
Bu
istiqamətdə qarşıda duran əsas vəzifələrdən birinin ərzaq təhlükəsizliyi və kənd
təsərrüfatının müasirləşdirilməsi məqsədlərinə uyğun olaraq aqroparkların
yaradılması və istehsalın doğru istiqamətdə təşviqi olduğunu deyən nazir
müavini kənd təsərrüfatı istehsalının dayanıqlı inkişafının, resurslardan səmərəli
istifadənin dövlət dəstəyindədə əsas prioritet təşkil edəcəyini qeyd edib.
İ.Qədimova
əlavə edib ki, keçirilən müzakirələr aqroparkların fəaliyyətini daha səmərəli
qaydada qurmağa, məhsul istehsalını artırmağa, aqrar emal sənayesini genişləndirməyə
dair təkliflər formalaşdırmağa imkan verəcək.
Keçirilmiş
tədbirdə əsas məqsəd aqroparkların fəaliyyətinin daha da təkmilləşdirilməsində
qarşıya çıxan çətinlikləri müzakirə etmək və onların həlli yollarını
araşdırmaq, hədəflər və innovativ inkişaf istiqamətləri barədə fikir mübadiləsi
aparmaq olub.
18:11 28.08.2025
Oxunuş sayı: 844